Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, nazirlərin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.
Üçtərəfli görüşdən əvvəl nazirlərin təkbətək görüşləri keçirilib.
Qeyd edək ki, bu, nazirlərin 5-ci üçtərəfli görüşüdür.