Fərhad Bədəlbəylinin 70 illiyinə həsr edilmiş konsert keçirilib FOTOLAR

20 Dekabr 2017 12:29 (UTC+04:00)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında akademiyanın rektoru, Xalq Artisti Fərhad Bədəlbəylinin 70 illiyinə həs edilmiş konsert proqramı təqdim edilib.

SİA-nın məlumatına görə, konsertdə ali təhsil ocağının tələbələri tərəfindən müxtəlif musiqi kompozisiyaları səsləndirilib. Konsert çərçivəsində dünya bəstəkarlarının əsərlərinə müraciət edilib. Bir-birindən parlaq ifaların səsləndiyi konsert proqramı maraqla qarşılanıb.