Qurultay iştirakçıları Fəxri xiyabanda

20 Dekabr 2017 11:03 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qurultay iştirakçıları, həmçinin görkəmli memar, akademik Mikayıl Useynovun da abidəsi önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.