Azərbaycanda şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən xəritələr kağız üzərində və elektron formada təsdiq edilib. SİA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Qərarda bildirilir. "Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı)" təsdiq edilsin (əlavə olunur).