Kürdəmirdə inzibati binada yanğın olub

19 Dekabr 2017 16:21 (UTC+04:00)

Kürdəmir rayonunda inzibati binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 240 kv.m olan birmərtəbəli, 9 otaqdan ibarət inzibati binanın köməkçi otağının yanar konstruksiyaları 5 kv.m sahədə, içərisində olan 1 ədəd kompüter və 2 ədəd prosessor yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.