Müğənni Arzum “Milyonların arzusu”nu dilə gətirəcək

16 Oktyabr 2010 03:23 (UTC+04:00)
Bir müddətdir ki, efirlərdə az görünən müğənni Arzum yeni layihələr üzərində çalışdığını bildirib. SİA-nın məlumatına görə, sənətçi bu yaxınlarda yeni layihəsini təqdim etməyə hazırlaşır. İlk olaraq isə müğənni yeni klipini təqdim edəcək. Sözügedən klipi isə özünün müəllifi olduğu "Milyonların arzusu" mahnısına çəkilib. Artıq çəkilişləri tamamlanan klipdə sənətçi fərqli tərəf müqabili ilə görünəcək. Arzum hamının marağına səbəb olan bu şəxsin kimliyini qəti şəkildə sirr saxlayıb.