“İraqda qalan azərbaycanlı uşaqların taleyi diqqətimizdədir”

18 Dekabr 2017 12:08 (UTC+04:00)

Dini Qurumlar üzrə Dövlət Komitəsi İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxlayır. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri əlavə edib ki, İraqda qalan Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların diqqətindədir: “Azərbaycanın müvafiq qurumları uşaqların ölkəmizə gətirilməsi ilə bağlı tədbirlər görür. Artıq uşaqların bəziləri ölkəmizə gətirilib. Bu proses davam edir”.