Türkiyədə ilk: maşinistsiz metro qatarı

15 Dekabr 2017 21:49 (UTC+04:00)

İstanbulda Üsküdar-Ümraniyə metro xəttinin açılışı olub. Bununla da Türkiyədə ilk dəfədir ki, yeraltı polad magistralda maşinistsiz qatar xəttə buraxılıb. Bu münasibətlə keçirilən tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər. Onlar yeni qatarın ilk sərnişinləri olublar.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Türkiyənin böyük şəhərlərində metro xətlərinin çəkilişi bundan sonra da davam edəcək.