Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Rayon icra hakimiyyətindən verilən məlumata görə, bu dəfəki aksiya Ə.Vəliyev küçəsi, 2433-cü məhəllədə aparılıb.
İməcilik iştirakçıları həmin küçədə 310 ədəd Eldar şamı və 230 ədəd sərv ağacı əkib, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərib və ərazidə abadlıq işləri görüblər