Avtomaşınlara qənim kəsilən şəxs həbs edilib

15 Oktyabr 2010 22:06 (UTC+04:00)

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Elvin İmranovun, Fərrux Zərbəlinin, Rövşən Qocayevin, Elnur Tarverdiyevin, İsmayıl Abdullayevin, Qalib Nəsibovun, habelə oktyabrın 13-də Arif Şükürovun, Rəhman Hacıyevin avtomaşınlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Kamran İbrahimov və Rusif Qasımov tutulublar.

 

Hazırda faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.