ATGTİ Avropa Tələbələrinin 20-ci Qurultayında iştirak edir

15 Oktyabr 2010 21:02 (UTC+04:00)

14-17 oktyabr 2010-cu il tarixlərində Belçikanın Lyovene şəhərində Avropa Tələbələrinin 20-ci Qurultayı çərçivəsində Tələbə Tədris Mərkəzi iştirakçı ölkələrin beynəlxalq forumunu keçirir. SİA-nın məlumatına görə, forumda bütün Avropa ölkələrini təmsil edən tələbə və müəllilmlər iştirak edirlər. Forumun rəsmi açılış mərasimi oktyabrın 14-də Lyovon şəhərinin Dövlət Muzeyində keçirilib.

Mərasimdə Flamandiyanın təhsil naziri Paskal Smet iştirak edib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) qısa vaxt ərzində Belçika tərəfi ilə qurduğu əməkdaşlıq əlaqələri nəticəsində Azərbaycan Tələbələrini bu forumda təmsil etmək üçün dəvət alıb.

Tədbirdə ölkəmizi ATGTİ-nin sədri Şahin İsmayilov və İttifaqın Layihlələr Departamentinin sədri Bəhruz Əskərov təmsil edirlər. Forumun keçirilməsinin əsas məqsədi, "Mərkəzləşmiş təhsil" sisteminin gələcək inkişaf prespektivlərini, milli və beynəlxalq təhsil müəssisələrində onun gələcək inkişafını müzakirə etməkdir.

Qeyd edək ki, tədbir Avropanın ən qədim universitetlərindən biri Lyovenin Katolik Universitetində Avropa Birliyinin "Arasıkəsilməz Təhsil" proqramının və yerli Flaman Tələbələr Birliyinin dəstəyi ilə keçirlir.