"Qüds Fələstinindir" deyən amerikalı pilot saxlanılıb

14 Dekabr 2017 03:49 (UTC+04:00)

İordaniyadan Nyu Yorka gedən sərnişin təyyarəsinin pilotu ABŞ Con Keneddi Hava Limanında polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, Yusif Daaja adlı iordaniyalı pilot səfər zamanı Qüds üzərindən keçərkən Fələstinə jest edib. Belə ki, o, Qüds üzərində olarkən sərnişinlərə müraciətində bildirib ki, hazırda Fələstinin paytaxtı Qüdsdən keçirik.