Suriyada terrorçulara qarşı mübarizə davam etdirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriyada SEPAH-ın “Fatimiyyun” briqadasının 3 muzdlu döyüşçüsü həlak olub.
Həlak olanlardan biri Həmid Hüseynzadə adlı şəxs Məşhəd şəhərində dəfn edilib. Digər iki nəfər Emin Hüseyni və Seyid Nəbi Hüseyni adlı şəxslərin cümə axşamı İsfahanda dəfn olunacağı bildirilib.