Türkiyə hərbçiləri ilə PKK arasında yenidən atışma olub. SİA-nın "CNN Türk" saytına istinadən verdiyi xəbərə görə, Türkiyə Tunceli vilayətinin Ovacık rayonunda reyd keçirən hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib. Atışma hərbçilərin "dur" xəbərdarlığına terrorçuların riayət etməməsi nəticəsində baş verib.
Baş vermiş insident nəticəsində iki hərbçi şəhid olub, bir əsgər yaralanıb, bir terrorçu isə zərərsizləşdirilib. Yaralı hərbçi helikopterlə xəstəxanaya çatdırılıb və onun vəziyyəti qənaətbəxşdir. Terrorçuların ələ keçirilməsi üçün ərazidə əməliyyatlar davam edir.