Sabunçu və Pirallahı rayonlarında yanğın olub

6 Dekabr 2017 20:21 (UTC+04:00)

Bakının Sabunçu və Pirallahı rayonlarında yanğın olub.Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçuda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Pirallahıda da ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub. Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.