"İran prezidentinin Livana səfər "Hizbullah"ın qüdrətini artıracaq"

14 Oktyabr 2010 10:57 (UTC+04:00)

Beyrutda minlərlə livanlı düyü, şirniyyat və qızıl gül ləçəkləri atmaqla, Livana səfər edən İran prezidenti Mahmud Əhmədinejadı hərarətlə qarşılayıblar. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, İran liderinin əsas qarşılanma mərasimi onun Beyrutun cənubuna, şiələrin çoxluq təşkil etdiyi "Hizbullah"ın nəzarəti altındakı hissəsinə, qrupun lideri Səyyad Nəsrallahla ilə görüşmək üçün gəldiyi vaxt olacaq.

Əhmədinejadın Livana səfəri İranın dəstəklədiyi Hizbullah qrupu ilə Livanın qərbyönümlü siyasi partiyaları arasında gərginliklərin artdığı vaxta təsadüf edir.

Livan baş naziri Səad Həririnin atasının ölümü ilə bağlı bir neçə "Hizbullah" liderinə qarşı cinayət ittihamlarının irəli sürüləcəyi gözlənilir. "Hizbullah" qətl hadisəsində əli olduğundan inkar edib və BMT-nin bu işlə bağlı təhqiqatının qərəzli olduğunu deyib.

Livanın qətlə yetirilmiş sabiq baş nazirinin oğlu Səad Həririnin İran prezidenti ilə görüşəcəyi gözlənilir. Livanda isə bir çoxları bu səfərin məqsədinin Dövlət Departamentinin terrorçu adlandırdığı "Hizbullah" qrupunun qüdrətini artacağını deyirlər.

Livanlıların bəziləri isə İran liderinin səfərinin iki ölkə arasında normal diplomatik münasibətlərin təzahürü kimi görürlər. İran Livana 450 milyon dollarlıq investisiya qoymuş donor ölkədir.