"Bitkoin indiyə qədər ən sərt hərəkət edən maliyyə məhsuludur". Bu sözləri "Morgan Stanley"in Asiya üzrə sabiq baş iqtisadçısı Stephen Roaç deyib. O bildirib ki, indiyə qədər heç bir maliyyə məhsulu bu şəkildə yüksəlməyib.
Belə ki, bitkoin ilin əvvəlindən 11 dəfə dəyər qazanıb. Hazırda 12 min dollara yaxınlaşır. Bitkoinin bazar dəyəri bir çox ölkənin ümumi daxili məhsulundan yüksəkdir: "Bitkoin "köpük" kimi partlayacaq. Qiymətlər aşağı düşəcək və ən son sərmayə yatıranlar böyük zərərə düşəcəklər. Buna heç bir şübhə yoxdur".