Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlanıb

4 Dekabr 2017 15:56 (UTC+04:00)

Çempionlar Liqasının qrup mərhələsinin son turunun oyunları çərçivəsində baş tutacaq "Roma" - "Qarabağ" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. SİA-nın məlumatına görə, bu gün Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Bakı vaxtı ilə saat 21:30-da "Stadio Olimpiko"da media mənsublarının önünə çıxacaq.

Təmsilçimizin son məşqi isə saat 22:00-da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.