Səbuhi Abbasov: “Dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” MÜNASİBƏT

4 Dekabr 2017 14:50 (UTC+04:00)

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub: “Burada maraqlı bir məqam özünü büruzə verir. Biz bu prosesdən nə qazana bilərik? Bəli, bu proses sülhün bərqərar olması üçün yaradılıb. Azərbaycan isə Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarının 20 faizini itirib. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hətta BMT başda olmaqla bir çox təşkilatlar torpaqlarımızın qeyri-şərtsiz azad olunması üçün müxtəlif qətnamələr qəbul edib. Lakin bunların real nəticəsi yoxdur. “Asiyanın Qəlbi - İstanbul Prosesi” Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdı. Bu proses həmçinin, regional təhlükəsizlik problemlərinin həllində bu münaqişənin həllinin vacib olduğunu göstərdi”.