TürkPA Beynəlxalq Parlamentlər İttifaqına müşahidəçi statusu ilə üzv qəbul olunub
14 Oktyabr 2010 00:36 (UTC+04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Parlamentlər İttifaqının 123- üncü plenar sessiyasında iştirak edib.
TürkPA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dünyanın 165 ölkəsinin parlamentini və 30- a yaxın beynəlxalq parlament təşkilatlarını özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqı TürkPA- nın müşahidəçi üzv olmaqla bağlı müraciətini müzakirə edib.
Səs çoxluğu ilə TürkPA Beynəlxalq Parlamentlər İttifaqına müşahidəçi üzv seçilib.
Qeyd edək ki, bu qərar TÜRKPA-nın beynəlxalq təşkilatlarla əməkdaşlığında yeni səhifə açıb və gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatlarda müşahidəçi və xüsusi qonaq statusu alması ilə bağlı fəaliyyətə xüsusi təkan verəcək.