Gürcüstan şərabçılığı Ginnesin rekordlar kitabına daxil edilib

3 Dekabr 2017 16:13 (UTC+04:00)

Gürcüstan şərabçılığı dünyada ən qədim şərabçılıq kimi Ginnesin rekordlar kitabına daxil edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.

İçində maye olmuş aşkar olunan iki qədim qabların kimyəvi analizi göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.