Biləsuvar sakini keçmiş kürəkəni tərəfindən öldürülüb

2 Dekabr 2017 13:47 (UTC+04:00)

Biləsuvarda qətl törədilib.

SİA-nın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.