Azərbaycan pəhləvanları Həsən Əliyev və Xetaq Qazyumov dünyanın ən yaxşı güləşçiləri seçiliblər

13 Oktyabr 2010 21:08 (UTC+04:00)

Azərbaycan pəhləvanları Həsən Əliyev və Xetaq Qazyumov FİLA prezidenti Rafael Martinetti tərəfindən mükafatlandırılacaqlar. SİA-nın məlumatına görə, idmançılarımız dünyada ilin ən yaxşı güləşçiləri seçiliblər.
Belə ki, FİLA-nın qərarı ilə ilin Dünya, Avropa çempionatlarında və Qran-Pri turnirində çempion olmuş idmançılar bu ada layiq görülürlər.

Mükafatlandırma mərasimi Bakıda Mərdəkan qəsəbsində yerləşən "El " retoranında baş tutacaq. Tədbirdə FİLA prezidenti də iştirak edəcək.

 Xatırladaq ki, Həsən Əliev yunan-Roma güləşi üzrə 60 kq çəki dərəcəsində 2008 və 2009 illərin gənclər arasında Avropa, 2009-cu ilin gənclər arasında dünya, 2010-cu ilin Avropa və dünya çempionu olub.

Xetaq Qazyumov isə sərbəst güləş üzrə 96 kq çəki dərəcəsində 2008-ci ildə Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2009-cu ildə dünya çempionatının gümüş mükafatçısı, 2010-cu ildə isə dünya çempionatının qalibidir.