Əmrə Belözoğludan 6.3 milyonluq hədiyyə - FOTOLAR

1 Dekabr 2017 12:51 (UTC+04:00)

Türkiyənin “Başakşəhər” klubunun kapitanı Əmrə Belözoğlunun bir müddət öncə 3-cü övladı Leyla dünyaya gəlişb. SİA-nın məlumatına görə, tanınmış futbolçu bu münasibətlə xanımı Tuğba Belözoğluya 800 min dollar (3.1milyon lirə) dəyərində olan “Azimut” markalı yaxta hədiyyə alıb.

Ə. Belözoğlu bununla kifayətlənməyərək xanımına daha bir jest edib. O, Tuğba Belözoğluya “Range Rover Autobiography” markalı avtomobil alıb. Bu avtomobilin qiyməti isə 1.5 milyon lirədir.

Futbolçu özünü də mükafatlandırıb. O, 1.7 milyon lirəyə 609 at gücünə malik BMW markalı M760LixDrive V12 model idman avtomobili alıb. Bu avtomobldən Türkiyədə ancaq Ə.Belözoğlunda olduğu iddia edilir.