Tarixin bu günü və ya bu günün tarixi
13 Oktyabr 2010 18:43 (UTC+04:00)
- Azərbaycan dəmiryolu işçilərinin peşə bayramı günü
- ABŞ-da Ağ Ev binasının təməli qoyulub (1792)
- Rus qoşunu Gəncə qalasını mühasirəyə alıb (1734)
- Rus-İran müharibəsi: rus qoşunları Təbrizi ələ keçirib (1827)
- Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub (1880)
- Türkiyənin "Qalatasaray" İdman Klubu yaradılıb (1905)
- Tələt Paşa rəhbərliyindəki İttihad və Tərəqqi hökuməti Mudros müqaviləsini imzalayaraq Osmanlının I Dünya Müharibəsində məğlubiyyətini təsdiq edib (1918)
- ZSFSR ilə Türkiyə arasında Qars müqaviləsi imzalanıb (1921)
- Türkiyə Böyuk Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul edib (1923)
- Böyük Britaniyanın baş naziri Marqaret Tetçer anadan olub (1925)
- Türkiyənin 8-ci prezidenti Turqut Özal anadan olub (1927)
- Azərbaycanın xalq şairi Məmməd Araz anadan olub (1933)
- Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor və ssenarist Cahangir Zeynalov anadan olub (1949)
- Formula-1 yarışlarında ilk dəfə turbokompressorlu mühərrikdən istifadə olunub (1983)
- Moskvada Azərbaycan məktəbi açılıb (1997)
- Qazaxıstanda müqavilə üzrə hərbi xidmət keçmə haqqında Əsasnamə qəbul olunub (2003)
- Azərbaycan gənclərinin üçüncü forumu keçirilib (2003)
- Mehriban Əliyeva "Yüzilliyin mesenatı" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeni ilə təltif edilib (2005)