Rusiyanın “NTV” telekanalında yayımlanan “Poyedem, poyedim” (“Поедем, поедим!”) verilişinin yaradıcı heyəti Bakıda çəkiliş aparıb. SİA-nın məlumatına görə, verilişin ingilis aparıcısı John Warren şəhərin görməli yerlərinə Qobustana, Bakı bazarına baş çəkib, müalicəvi palçıq vulkanlarını yüksək qiymətləndirib, Bakı pomidorlarının və qutablarının dadına baxıb. Həmçinin o rəssam Faiq Əhmədov və Rəşad Ələkbərovla görüşüb, qumdan həqiqi rəsm çəkməyi öyrənib, Azərbaycanın milli musiqi alətləri ilə tanış olub və məşhur Azərbaycanlı aparıcı Leyla Quliyeva ilə tamaşaçılara Şah plovun hazırlanması və bişirilməsi qaydasını nümayiş etdirib.
Sözügedən kadrları təqdim edirik: