Neft ucuzlaşıb

27 Noyabr 2017 09:36 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti azalıb.

SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar və ya 0,44% azalaraq 58,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,06% azalaraq 63,82 dollar olub.