Türkiyə matəm günü elan edib

27 Noyabr 2017 09:30 (UTC+04:00)

Misirdə məsciddə törədilən terror aktı ilə əlaqədar Türkiyə hökuməti 27-i noyabrı matəm günü elan edib.

SİA “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün ölkə ərazisində və xaricdəki diplomatik nümayəndəliklərdə Türkiyə bayraqları yarıya qədər endirilib.

Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib.