Abşeronda yanğın baş verib

27 Noyabr 2017 09:13 (UTC+04:00)

Abşeronda yanğın qeydə alınıb.

SİA FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 620 m2 olan mansard tipli üçmərtəbəli 11 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 55 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.