Brüsseldə iğtişaşlar zamanı 70 nəfər saxlanıldı

26 Noyabr 2017 12:35 (UTC+04:00)

Belçika paytaxtı Brüsseldə baş verən iğtişaşlar zamanı 70 nəfər saxlanılıb.

İğtişaşlar Liviyaya qaytarılan miqrantlara dəstək aksiyası başa çatdıqdan sonra başlayıb. Otuzadək radikal gənc mağazaların şüşələrini qırmağa, polis maşınlarını daş-qalaq etməyə başlayıb.

İğtişaşların qarşısını almaq üçün su şırnaqlarından və helikopterdən istifadə edilib.

Ümumilikdə, 71 nəfər saxlanılıb. İğtişaşlar zamanı xəsarət alan olmayıb.