Yaponiyada 5 baldan çox zəlzələ olub

24 Noyabr 2017 08:04 (UTC+04:00)

Filippin dənizinin Yaponiyanın Rükü adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ baş verib. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Naze şəhərinin 156 km şimal-şərqində, ocağı isə yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat daxil olmayıb.