Yaşayış binasında yanğın 9 nəfər ölüb

23 Noyabr 2017 09:31 (UTC+04:00)

Ötən gün Tayvanda yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hasdisə nəticəsində iki nəfər yaralanıb.

Xatırladaq ki, yanğın binanın 4-cü mərtəbəsində başlasada tezliklə 5-ci mərtəbəyə qədər qalxıb. Binada yaşayanların əksəriyyətinin xarici işçi miqrantların olduğu deyilir. Polis hadisədə günahkar olan 49 yaşlı kişini saxlayıb. Ehtimala görə, həmin şəxs binada yaşayanların biri ilə dalaşdığı üçün yanğın hadisəsini törədib.