“Beşiktaş”ın 251 milyon 752 min 933 lirə borcu olduğu məlum olub

11 Oktyabr 2010 22:21 (UTC+04:00)
"Beşiktaş" klubunun borcları açıqlanıb. SİA-nın məlumatına görə, klubun iclasında ağ-qaraların iyunun 30-dək 251 milyon 752 min 933 lirə borcu olduğu açıqlanıb. Borcun 86 milyon 465 min 816 lirəsinin "Beşiktaş"ın prezidenti Yıldırım Demirörenə, 9 milyon 296 bin 825 lirəsinin isə yönəticisi Serdal Adalıya verilməli olduğu məlum olub. Qalan hissələr isə digər insanlara və qurumlara ödənilməlidir. Bu borcların ödənilməsi üçün qısamüddətli kreditlər götürüləcəyi bildirib.