İranın müdafiə naziri Azərbaycana gəlib

11 Oktyabr 2010 21:18 (UTC+04:00)

İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əhməd Vəhidi oktyabrın 11-də Azərbaycana səfərə gəlib. SİA-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında, səfər zamanı ölkələr arasında ikitərəfli münasibətlərin, eləcə də regionda sülh və sabitlik məsələlərinin müzakirə olunacağını deyib.

Ə.Vəhidinin səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.