Sabah Bakıda Xəzərin təhlükəsizliyi məsələləri müzakirə ediləcək

11 Oktyabr 2010 20:53 (UTC+04:00)

Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinlərinin oktyabrın 12-də görüşü olacaq. SİA-nın xəbərinə görə, tərəflər Xəzəryanı ölkələrin müxtəlif dövlət orqanlarının Xəzərin təhlükəsizliyi sahəsində əməkdaşlığı məsələlərini müzakirə edəcək.

 

Görüşdə bütün Xəzəryanı dövlətlərin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, təhlükəsizlik məsələlərinə dair bu formatda görüş ilk dəfə ötən il oktyabrın 23-də və 24-də Bakıda keçirilib.