Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

11 Oktyabr 2010 20:00 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri oktyabrın 10-da saat 09.40-dan 09.55-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 11.40-dan 11.50-dək, 19.40-dan 19.55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.00-dan 21.25-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək, 22.30-dan 22.45-dən, 22.40-dan 22.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.05-dək, 23.20-dən 23.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.30-dək isə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.