Ağdamda 6 bala yaxın gücdə zəlzələ baş verib

16 Noyabr 2017 01:19 (UTC+04:00)

Noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət MərkəzindənAZƏRTAC-a bildiriblər ki, ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, yaxınlıqdakı yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.