Hiddink: “Hesabın normal olduğunu deyə bilərəm”

9 Oktyabr 2010 19:06 (UTC+04:00)

Türkiyə milli komandasının baş məşqçisi Hiddink komandasının Almnaiya yığmasına 3:0 hesabı ilə mğlub olması haqda mediaya açıqlama verib. SİA-nın məlumatına görə, baş məşqçi hesabın normal olduğunu qeyd edib. O, dünya üçüncüsü ilə qarşılaşdıqlarını, ancaq qapılarına vurulan qollardan birinin artıq olduğunu bildirib. Hiddink vurğulayıb ki, futbolçular bir neçə qol şansından istifadə edə bilsəydilər hesab bu cür olmazdı.

"Almanlar bizdən daha sürətli idilər və fiziki hazırlıqları daha üstün idiş Biz dünyanın ən güclü üçüncü komandası ilə oynadıq. Hesabın normal olduğunu deyə bilərəm.", - deyə baş məşqçi əlavə edib.

 O, matçda Sabri və Özerin oyununun gözlədiyi kimi olmadığını önə çəkib.