İsrail İordaniyanı susuz qoymaqla hədələyib

15 Noyabr 2017 07:02 (UTC+04:00)

İsrail İordaniyanı İsraildəki səfirliyini bağlamaq qərarını ləğv etməyəcəyi halda su layihələrini dayandırmaqla hədələyib. Bu barədə “Midl İst Monitor” (Middle East Monitor) saytı informasiya yayıb.

Məlumata görə, İordaniya səfirliyi açmayacağı təqdirdə Qırmızı dəniz və Ölü dəniz arasındakı kanal layihəsinə son qoyulacaq və bununla da İordaniya susuz qalacaq.

Qeyd edək ki, İordaniya və İsrail arasında imzalanan 900 milyon dəyərindəki dəniz suyu təmizləmə layihəsi sayəsində Fələstin və İordaniyanın su probleminin həll edilməsi nəzərdə tutulub.