Canluici Buffondan sonra İtaliya millisinin daha 3 futbolçusu yığmadakı karyerasını başa vurub. SİA-nın məlumatına görə, onlar Daniele de Rossi, Andrea Barzagli və Corcio Kyellinidir. Sözügedən oyunçular DÇ-2018-in pley-off mərhələsində İsveçlə cavab görüşündən sonra bu qərarı veriblər.
Qeyd edək ki, İtaliya millisi İsveç səddini keçə bilməyərək 1958-ci ildən sonra ilk dəfə mundiala vəsiqə qazana bilməyib.