Şəmkirdə avtomobil piydanı vurub

14 Noyabr 2017 11:05 (UTC+04:00)

Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yolun Şəmkir rayonu Düyərli kəndindən keçən hissəsində “VAZ-2106” yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov