Eddi İsrafilovun komansı məğlub olub

13 Noyabr 2017 09:52 (UTC+04:00)

İspaniya Sequndasında XIV turun oyunları davam edir. SİA-nın məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Ximnastik” “Real Ovyedo”nu qəbul edib və bu oyunda 1:2 hesabı ilə uduzub.

Eddi İsrafilov oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 14 oyundan sonra 15 xal toplamış "Ximnastik" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.