İstanbulda “Yeditepe huzur” əməliyyatları nəticəsində 3356 nəfər tutulub

11 Noyabr 2017 17:15 (UTC+04:00)

5 min polis İstanbulda vətəndaşların sakit şəraitdə yaşaması üçün öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirməkdədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Türkiyədə 15 iyun hadisələrindən sonra polis tərəfindən həmin ilin sentyabrın 29-da həyata keçirilən ilk əməliyyatdan bugünə qədər 3356 nəfərin tutulduğu açıqlanıb.

İstanbulda bu müddət ərzində ümumilikdə 39 mahal və 200 nöqtədə 5 min polisin və helikopterlərin iştirakı ilə “Yeditepe huzur” adlı əməliyyat həyata keçirilib. Əməliyyata yol polisi, dəniz və polis helikopterləri də dəstək verib.

Şübhəli şəxslərə qarşı Ümumi Məlumat Bazasında (GBT) yer alan məlumatala əsasən saxlanılan şəxslərin üzərində silah, bıçak və narkotik maddələr aşkarlanıb.

2015-ci ilin sentyabrın 29-dan başlanan əməliyyatların əsas məqsədinin küçə hakimiyyətini təmin etmək, cinayət və cinayətkarlarla davamlı mübarizə aparmaqdan ibarət olduğu açıqlanıb.

İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən açıqlanan məlumata əsasən 2015-ci ildən start verilən "Yeditepe huzur" əməliyyatları həftədə iki dəfə olmaqla ümumilikdə 32 dəfə həyata keçirilib. Əməliyyatlar nəticəsində 782 min 825 şübhəli şəxsdən 3 min 356-sı tutulub.