Donald Tramp Çində 253 milyard dollarlıq müqavilə imzalayıb

9 Noyabr 2017 23:04 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Tsinpinlə 253,4 milyard dollar həcmində müqavilə imzalayıb. Bu barədə informasiyanı “Doyçe Velle” saytı yayıb. Sayt səfər zamanı ABŞ-ın “Boinq” şirkətinin Çindəki həmkarları ilə 37 milyard dollarlıq, “General Elektrik” şirkətinin 3,5 milyard dollarlıq, “Qualkom” şirkətinin isə 12 milyard dollarlıq müqavilə imzaladığını bildirib.

Tərəflər arasında iqtisadi müqavilələrlə bərabər, energetika və elektronika sahəsində memorandumlar da imzalanıb.