Türkiyə prezidenti Qətərə səfər edəcək

8 Noyabr 2017 16:02 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər noyabrın 15-ə planlaşdırılıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında əlaqalərin inkişaf etdirilməsi və bölgədəki vəziyyət müzakirə ediləcək.