Sahildən 26 qız meyiti tapılıb

7 Noyabr 2017 16:23 (UTC+04:00)

İtaliyanın sahillərinə yaxın dənizdə miqrantlara məxsus gəminin yanında 14-18 yaşlarında 26 qız meyiti tapılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, edilən təxminlərə əsasən onlar Afrika sahilindən gələrkən öldürülüblər. İnsidentin təfərrüatları açıqlanmır. Lakin gəmidə 64 nəfərin olduğu deyilir. İnsanlar İspaniyaya məxsus hərbi gəmilər tərəfindən tapılıb. Xilas olanlar sahilə gətirilib. Bütün miqrantlar Nigeriya, Seneqal, Qana, Qambiya və Sudan sakinləridir.