“Yanlış anlama” filminin İstanbulda qala gecəsi oldu FOTOLAR

7 Noyabr 2017 12:12 (UTC+04:00)

Türkiyə və Azərbaycan aktyorlarının birgə çəkildiyi “Yanlış anlama” filminin İstanbulda qala gecəsi keçirilib. SİA-nın məlumatına görə, aktyor Şevket Çoruhun ev sahibliyi etdiyi qala gecədə hər iki ölkənin aktyor və aktrisaları iştirak edib.

"Yanlış anlama”nın baş rol ifaçılarından Hakan Bilgin film haqqqında fikirlərini bildirib: “Azərbaycan və Türkiyə arasında yanlış anlamalarla dolu olan komediya janrında bir film çəkdik. Yaxşı bir işə imza atmışıq. Zəhmət çəkən hər kəsə təşəkkürümüzü bildiririk”. .

Qeyd edək ki, “Yanlış anlama”nın türk aktyor heyətinə Şevket Çoruh, İlker Ayrık, Hakan Bilgin, Bahadır Efe, Duyğu Karaca, Pelin Sönmez, azərbaycanlı heyətinə isə Pərvin Abıyeva, İslam Mehrəliyev, Fərda Xudaverdiyev daxildir. “DADA” prodakşn tərəfindən çəkilən filmin rejissoru Ulaş Cihan Şimşək, ssenari müəllifi isə Ayberk Çınardır.