Cüneyt Çakır Almaniya - Fransa matçını idarə edəcək

7 Noyabr 2017 04:48 (UTC+04:00)

Türkiyəli hakim Cüneyt Çakır daha bir oyuna təyinat alıb. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, Almaniya - Fransa yoxlama matçını idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, Almaniya - Fransa görüşü noyabrın 14-ü keçiriləcək. C.Çakır bu matçdan 4 gün əvvəl DÇ-2018-in pley-off mərhələsinin İsveç - İtaliya oyununu idarə edəcək.