Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir

6 Noyabr 2017 09:14 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 6-7 noyabr tarixlərində İsveç Krallığında rəsmi səfərdədir. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, 10 fevral 2016-cı ildə İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına səfər edib.