ABŞ-da atışma olub: 1 nəfər ölüb

5 Noyabr 2017 01:02 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində atışma baş verib. Axar.az xəbər verir ki, naməlum şəxslər avtobusdan sərnişinləri yerə düşürərək atəşə tutublar. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.